Roza Zərgərli yeriyə bilmir – ŞOK VİDEO

Roza Zərgərli yeriyə bilmir – ŞOK VİDEO

Hazırda oxunan: Roza Zərgərli yeriyə bilmir – ŞOK VİDEO

256917

Müğənni Roza Zərgərlinin sosial şəbəkədə yayımladığı son video izləyicilər arasında ciddi ajiotaj yaradıb.

Bizim.Media xəbər verir ki, videoda sənətçinin yeriməkdə çətinlik çəkdiyi aydın görünür. 

Kadrlarda Roza addım atmağa çalışsa da, bu, ona ağrılı və müşkül başa gəlir. Müğənni eyni zamanda yaxın günlərdə Rusiyanın Vladiqafqaz şəhərində konsert proqramı ilə çıxış edəcəyini elan edib.

Qeyd edək ki, Roza Zərgərli ötən il dördüncü mərhələli koksartroz – yəni bud-çanaq oynağının ciddi zədələnməsi diaqnozu aldığını, bu səbəbdən də yeriməkdə ağır fiziki əziyyətlər çəkdiyini açıqlamışdı:
 

“Bud-çanaq oynaqlarımda böyük problemlərim var. Mən hər il bununla bağlı əməliyyat olunuram. Bəzən isə sosial şəbəkə əhli mənim bu xəstəliyimi bilməyə-bilməyə yazırlar:


"Roza raxitdir, ayaqları əyridir... Roza nə gündəsən... Bir yeri Rozanın çox böyükdür”. Əslində mən real həyatda ekranda göründüyü kimi artıq çəkili deyiləm və bədən formalarım da normaldır. Əslində, bu xəstəliyi olan mənim kimi insan yeriməməlidir və tamaşaçı qarşısına çıxmamalıdır. Amma mən ağrıya-ağrıya və bu ağrılardan qurtulmaq üçün ağrıkəsici dərmanlar qəbul edərək öz tamaşaçılarımın qarşısına gəlirəm”. (Musavat.com)   


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO