Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş - Sensasion ƏMƏLİYYAT/VİDEO

Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş - Sensasion ƏMƏLİYYAT/VİDEO

Hazırda oxunan: Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş - Sensasion ƏMƏLİYYAT/VİDEO

256664

Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar yağışı"na tutulması ilə bağlı görüntülər yayılıb.

Həmin video sosial mediada yüz minlərlə baxış toplamışdı.

Bizim.Media gununsesi.info-ya istinadən xəbər verir ki, Şəbnəm Tovuzunu "dollar yağışı"na tutan həmin ailə, Ofeliya xanım və "Luka" ləqəbli oğlu narkotik alverçisi imiş.

Gürcüstanını Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar.

Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdə əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür.
 

Həmin mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl-zinət əşyaları da hədiyyə edilib.


Xatırladaq ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı təsdiqləyiblər.

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO