Aktrisa Pərvin Abıyevanın evindən oğurluq edilib.
Bizim.Media xəbər verir ki, Pərvin bu barədə “İncə səhər”də açıqlama verib.
Pərvin deyib ki, evlərindən 100 min manat oğurlanıb:
“Evimdən çoxlu miqdarda pul oğurlanıb. Kimliyini də bilirəm, sadəcə üzüm gəlmir deyim. Böyük miqdardır, az deyil. 100 min manatdan çoxdur, yavaş-yavaş götürüb, hissə-hissə... Bilmirdim ki, pul yoxdur, az-az baxırdım, aylarla baxmırdım. Özüm üçün nəzərdə tutulmamışdı, qardaşımın təhsili, gələcəyi üçün illərlə yığdığımız məbləğ idi. Götürdülər, üstü açıldı. Ailəm və mən bilirəm, dərinə getmədim, elə bir insan idi ki, olmazdı. Uzun illərdir yaxınımız olan, gedib-gələn insan idi”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:21 / 24.06.2025
Pərvinin 100 mini OĞURLANDI - VİDEO
Hazırda oxunan: Pərvinin 100 mini OĞURLANDI - VİDEO
Hazırda oxunan: Pərvinin 100 mini OĞURLANDI - VİDEO
256393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.