Bakı bulvarında bu il dəniz gəzintiləri mümkün olacaq? - AÇIQLAMA

Bakı bulvarında bu il dəniz gəzintiləri mümkün olacaq? - AÇIQLAMA

Hazırda oxunan: Bakı bulvarında bu il dəniz gəzintiləri mümkün olacaq? - AÇIQLAMA

255866

Yay mövsümündə Bakı sakinlərinin və qonaqlarının əsas istirahət məkanlarından biri dəniz kənarıdır. Bir qisim çimərliklərə üz tutursa, bəziləri də dəniz gəzintilərinə üstünlük verirlər.

 

Ancaq təəssüf ki, uzun müddətdir, gəzinti gəmilərinə minmək mümkün deyil.

 

Maraqlıdır, gəmi ilə səyahət niyə təşkil olunmur? Yaxın gələcəkdə bu fəaliyyətin bərpası üçün hansı addımlar atılır?

 

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, gəmi gəzintilərinin dayandırılmasının səbəbi dənizdə suyun səviyyəsinin enməsidir:

 

"Dənizin səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ildən gəzinti gəmilərinin fəaliyyətində fasilə yaranıb. Gəmilərin yenidən təhlükəsiz fəaliyyətinin bərpası istiqamətində mövcud vəziyyətin qiymətləndirilməsi aparılır".

 

Qeyd edək ki, 2022-ci ilin oktyabrına qədər 5 manat ödəniş etməklə gəzinti gəmisi ilə Xəzər dənizində 30 dəqiqə səyahət mümkün idi. Lakin artıq bir neçə ildir ki, bu gəmilərin fəaliyyəti dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO