Amerikalı müğənni Meysi Qrey İnstagram səhifəsində etdiyi paylaşımında yazıb ki, Amerika Birləşmiş Ştatlarının bayrağı çox köhnəlib və bu da mübahisəyə zəmin yaradır, onun yenilənməsi vacibdir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Fox News” nəşri yayıb.
Qremmi mükafatının 5 qat sahibinin paylaşımı ABŞ Prezidenti Co Baydenin 1860-cı illərdə köləliyin sona çatması üçün 17 iyunu federal tətil edən qanunu imzaladığı gün yayımlanıb.
Müğənninin dediyinə görə, ulduz və zolaqların olduğu bayraq Konfederasiya bayrağını əvəz edib və irqçiliyin simvoludur.
"Artıq hamımızı təmsil etmir. Bizi ona hörmət göstərməyə məcbur edirlər. Bu, ədalətli deyil. Yeni bayrağın vaxtı gəlib. - deyə Qrey əlavə edib - Amerika böyük və çox gözəldir.
O, hissələrə bölünüb. Zolaqlar çirkli ağ rəngdə, ulduzlar isə müxtəlif rəngdə ola bilər. Amerikalıların fərqli dəri rənglərini təmsil etməlidir”.
Onun sözlərinə görə, yeni bayraqda 52 ulduz olmalıdır, Puerto-Riko, Vaşinqton və Kolumbiya dairəsi də orada əks olunmalıdır.
Bizim.Media