Xalq artisti Röya Ayxan yenidən musiqisevərləri sevindirib.
Bizim.Media xəbər verir ki, müğənni "Qürur" adlı yeni mahnısını ictimaiyyətə təqdim edib.
Mahnının sözləri və musiqisi meyxanaçı baləli tərəfindən yazılıb və modern pop janrında işlənib. "Qürur" həm melodiyası, həm də dərin mənalı sözləri ilə dinləyicilərə öz hisslərini ifadə etmək imkanı verir.
Emosional məzmunu və güclü vokal performansı ilə seçilən bu mahnı Röyanın yaradıcılığında yeni bir mərhələ kimi qiymətləndirilib.
Röya mahnı ilə bağlı açıqlamasında bildirib:
“Bu mahnı mənim üçün çox özəldir. Hər bir insanın həyatında yaşadığı qürurlu anlar var. Bu hissi musiqi ilə paylaşmaq istədim”.
Yeni ifa artıq rəqəmsal platformalarda yerləşdirilib və qısa zamanda dinləyicilərdən müsbət rəylər almağa başlayıb.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:49 / 12.06.2025
Röya Baləlinin mahnısını oxudu – VİDEO
Hazırda oxunan: Röya Baləlinin mahnısını oxudu – VİDEO
Hazırda oxunan: Röya Baləlinin mahnısını oxudu – VİDEO
254357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.