Ötən gün ATV telekanalında yayımlanan “Rəngarəng” proqramında qalmaqallı anlar yaşanıb. Zaur Nəbioğlunun aparıcılığını etdiyi verilişin qonağı müğənni Ofeliya Şabanova olub.
Bizim.Media xəbər verir ki, canlı yayım zamanı aparıcı ona həyat yoldaşının başqa bir qadınla görüntüsünü təqdim edib. Gözlənilməz hadisə ifaçının emosional gərginlik yaşamasına səbəb olub. O, studiyanı tərk etmək məcburiyyətində qalıb.
Sözügedən hadisə sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici verilişdə şəxsi həyata müdaxilə olunduğunu bildirib və aparıcının bu addımını tənqid edib.
Məsələ ilə bağlı Audiovizual Şuradan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Monitorinq şöbəsi tərəfindən araşdırma aparılıb və qanun pozuntusuna rast gəlinməyib: “Şou xarakterli proqramlarda elə hallar olur ki, cəmiyyətdə birmənalı qarşılanmır. Amma Audiovizual Şura yayım zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edir və qanun pozuntusu olmadığı halda prosesə müdaxilə yolverilməzdir”.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:28 / 11.06.2025
Efirdə ərini başqa qadınla göstərdilər, Şura “pozuntu yoxdur” dedi – VİDEO
Hazırda oxunan: Efirdə ərini başqa qadınla göstərdilər, Şura “pozuntu yoxdur” dedi – VİDEO
Hazırda oxunan: Efirdə ərini başqa qadınla göstərdilər, Şura “pozuntu yoxdur” dedi – VİDEO
254163
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.