Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA ÇIXDI - Polisə apardılar

Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA ÇIXDI - Polisə apardılar

Hazırda oxunan: Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA ÇIXDI - Polisə apardılar

254148

Sumqayıtda yerləşən "Park Palace" şadlıq sarayında keçirilən toy mərasimi mübahisə və fiziki münaqişə ilə nəticələnib.

Bizim.Media xəbər verir ki, toyda iştirak edən müğənni Kəmalə Günəşliyə qonaqlar mahnı oxumağı təklif ediblər.
 

O isə səhnədə başqa bir ifaçının olduğunu bildirərək, növbəsini gözləyəcəyini deyib.


Bu cavab toy sahibi Vəfa Mikayılovanı narazı salıb və tərəflər arasında mübahisə yaranıb. İddialara görə, tərəflər bir-birinə qarşı təhqiredici ifadələr işlədib, daha sonra isə dava düşüb.

Şahidlərin sözlərinə görə, bakallar havada uçuşub, Vəfa Mikayılova və Kəmalə Günəşli saçyolduya çıxıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki müğənni Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə aparılıb və səhərə yaxın sərbəst buraxılıblar. Məsələ ilə bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı “Ajans.az” müğənninin köməkçisi ilə əlaqə saxlayıb. Köməkçi isə cavabında "Mən yalnız toy haqqında məlumat verə bilərəm"- deyə, bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO