Müslüm Maqomayevin xatirəsi Moskvada alqışlarla anıldı – VİDEO

Müslüm Maqomayevin xatirəsi Moskvada alqışlarla anıldı – VİDEO

Hazırda oxunan: Müslüm Maqomayevin xatirəsi Moskvada alqışlarla anıldı – VİDEO

254091

Moskvada keçirilən MÜZ-TV mükafatlandırma mərasimi zamanı gecənin ən təsirli anlarından biri Anna Germanın repertuarından “Sevgi əks-sədası” (“Эхо любви”) mahnısının ifası olub.

Bizim.Media xəbər verir ki, bəstəni Artik & Asti qrupunun solisti Sevil Vəliyeva və RSFSR-in Xalq artisti Lev Leşenko birlikdə səsləndiriblər.
 

Mahnı səsləndiyi zaman ekranda musiqi tarixində dərin iz qoymuş sənətkarların fotoları nümayiş olunub. İlk göstərilən görüntü isə əfsanəvi azərbaycanlı müğənni Müslüm Maqomayevə aid olub. Onun adı bu gün də möhtəşəm vokalı, xarizması və nəsləri birləşdirən mədəni irsi ilə assosiasiya olunur.


Bu duyğulu ifa və vəfat etmiş sənətçilərin xatirəsinə göstərilən diqqət zalda alqışlarla və sosial şəbəkə istifadəçilərinin rəğbəti ilə qarşılanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO