Alla Puqaçova tanınmaz HALA DÜŞDÜ

Alla Puqaçova tanınmaz HALA DÜŞDÜ

Hazırda oxunan: Alla Puqaçova tanınmaz HALA DÜŞDÜ

253756

SSRİ Xalq artisti Alla Puqaçova plastik əməliyyatdan sonra tanınmaz hala düşüb.

Bizim.Media xəbər verir ki, müğənninin özü sosial şəbəkədə şəkillərini paylaşdıqdan sonra fanatları arasında fikir ayrılığı yaranıb.

Bəziləri 76 yaşlı müğənniyə bu dərəcədə cavanlaşma istəyinin düzgün olmadığını və ona dəyişimin yaraşmadığını desələr də, digər bir qrupun xoşuna gəlib.
 

Tənqid edənlər deyir ki, Puqaçovanın üzü dartılmaqdan qulaqları aşağı düşüb. Müğənninin plastik cərrahı Sergey Bloxin bildirib ki, belə bir üzgərmə proseduru üçün dərinin çox hissəsi qulaqlar ardına yığılır və bir az dəyişir.


Qeyd edək ki, A.Puqaçova Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra əri Maksim Qalkin (Rusiya Federasiyasında xarici agent kimi tanınır) və uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib. Cütlüyün İsrail pasportu, həmçinin Kipr vətəndaşlığı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO