Xoşqədəm atasının vəfatından YAZDI – “Bağışla məni...” – FOTO

Xoşqədəm atasının vəfatından YAZDI – “Bağışla məni...” – FOTO

Hazırda oxunan: Xoşqədəm atasının vəfatından YAZDI – “Bağışla məni...” – FOTO

253485

“Bu dünyadan bir kişi - adam kimi adam gəlib-keçdi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında yazıb.

“Yurd həsrətiylə qovruldu, dərddən xəstəlik tapdı. Yurduna, balasının ziyarətinə xəstə canla getdi, amma getdi. Mənimlə getmək istədi yurduna… Qırılmış qəlbim imkan vermədi arzusu gercəkləşsin. İndi çox üzgünəm, fotoda yanında deyiləm deyə. “Bağışla məni ata, iki arzunu həyata keçirə bilmədim… Məndən asılı olmayan səbəblərdən.

Ürəyimdə böyük bir yara kimi qaldı. Sən mənim yer üzündəki Allahım idin, sən mənim qoruyucu dağım idin, Allahdan sonra tək sığındığım limanım idin. Bağışla, səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi”, deyə Xoşqədəm Hidayətqızı bildirib.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev bu gün səhər saatlarında vəfat edib. Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO