Şəbnəmdən Toliklə Zaura: “Sizdən qorxmuram!” - VİDEO

Şəbnəmdən Toliklə Zaura: “Sizdən qorxmuram!” - VİDEO

Hazırda oxunan: Şəbnəmdən Toliklə Zaura: “Sizdən qorxmuram!” - VİDEO

253283

Müğənni Şəbnəm Tovuzlu qalmaqal yaşadığı aparıcılar Tarix Əliyevlə Zaur Nəbioğluna cavab verib.

Bizim.Media xəbər verir ki, o, bununla bağlı video paylaşıb.

Şəbnəm deyib ki, onlardan qorxmur: “İllərdir çörək kəsirik, salam-sağolumuz var. Lazım olanda sözümüzü bir-birimizin üzünə deyirik. Nə mən sizdən qorxuram, nə də siz məndən. Xüsusilə də mən sizdən qorxmuram. Yanınızda “başıaşağı” heç nəyim yoxdur. Ola bilsin, əsəbiləşib, kiməsə qəzəblənib nələrsə dediyim səs yazıları var. Ona da cavabdeh özüməm. Şəbnəm özü gəlib mövzu verir. Sənətimlə, işimlə mövzu verirəm.

Ailə məsələsini qırağa qoyaq, Vəfa xanımla barışığımız olub, salam-sağolumuz var. İndi biz qıraqda qalmışıq, siz davam edirsiz. Efirinizə reytinq üçün bir çox müğənni var. Hər dəfə mənim adım çəkiləndə, yersiz danışılanda... Dünən də adımı yersiz çəkdiniz. Ülviyyəyə dedim ki, bu, aramızda olan söhbət idi. O da böyük bir şey deyil, demişəm ki, səmimi barışıq deyildi. Bunu qarşı tərəf də bilir.

Tolik və Zaur, sizə həmişə hörmət etmişəm. Sizdən qorxub, çəkinəcəyim bir yerim yoxdur. Sizin efirinizə gələndə də, gəlməyəndə də həmin adamam. Başqa aparıcılar da var. Hər şey aramızda olmalıdır, milyonların qarşısında yox. Bu gün efirdəsiniz, söz haqqınız ola bilər. Amma mənim prodüserimin qadağa qoymağa haqqı var. Qalmaqallı söhbətlərdə qadağa qoymağa haqqı var. İnsanlar artıq bezib. Deyirlər, “Tolikdən qorxursan?” Niyə qorxmalıyam? Niyə qorxum? Lazım olanda sözümüzü bir-birimizə deyirik”.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO