Aysel 3-cü ərindən YAZDI: “Tullantılara sahib olmaq əvəzinə…” - VİDEO

Aysel 3-cü ərindən YAZDI: “Tullantılara sahib olmaq əvəzinə…” - VİDEO

Hazırda oxunan: Aysel 3-cü ərindən YAZDI: “Tullantılara sahib olmaq əvəzinə…” - VİDEO

253108

Bloger Aysel Şükür həyat yoldaşı Sənandan yazıb.

Bizim.Media xəbər verir ki, o, əri ilə videosunu paylaşıb.

Bloger Sənanla videosuna bu sözləri yazıb: “Mənim ən böyük şansım qüruruma hörmət edən birisinin yanımda olmasıdır. Əlbəttə, tək olanda qürurunu qorumaq daha asandır. Amma o qüruru səndən çox düşünən biri varsa, bax, o zaman mahiyyəti daha gözəl görünməyə başlayır.

Əlbəttə ki, tək var ola bilmə ehtimalı da qorxulu deyil. Pisdənsə, heç olmasın.

Həyatım da bu prinsip üzərində qurulub. Mən tullantılara sahib olmaq yerinə, ya ən yaxşısını seçmişəm, ya da heç nə seçməmişəm. Və mənim yanıma yaraşdırdığım əvvəlcə mənim qəlbimə yaraşıb. Özümü sevdirmək üçün heç bir cəhdim də olmayıb. Mən özüm olmağa davam etmişəm, o da məndəki bu “özü” sevib.

İlk başlar heç kim ideal olana sahib olmur. İdeallıq zamanla yaranır və zamanla formalaşır. Mənsə hər zaman qadın olaraq qalmağı seçmişəm. Nə ana roluna girmək xasiyyətimə uyğundur, nə “amandır əldən çıxar” deyib yersiz fəda göstərmişəm.

Bir insan necə sevməlidirsə, məncə mən də elə o cür sevmişəm. Sevilməyim də bu səbəbdəndir. Mən özümü başqası üçün itirməmişəm, başqası da özünü məndə tapıb.

Bağışlamayacağım şeylərin üstündən xətt çəkmişəm, o isə yeni yazılar yazıb. Mən dünyaya əzilmək üçün gəlməmişəm. Dünyanı məndə tapana öz dünyamı vermişəm. Mən axtardığımı elə tapmışam ki, məni tapan bir də itirməkdən qorxar. Belə də olmalı deyilmi?”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO