"2 ay gözləyə bilmərəm"

"2 ay gözləyə bilmərəm"

Hazırda oxunan: "2 ay gözləyə bilmərəm"

251852

"Nəhayət həyatıma, ömrümə gəldin. Məhəbbətdən, sevgidən, gözəl görüşdən danışılır. Pozitiv, üfüq saçan mahnıdır".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Afaqla 10-lar" verilişində deyib.

Pop kraliça yeniliklərindən danışıb:
 

"Bilirsiniz sizi nə gözləyir? Möhtəşəm şeylər. Ard-ardına gözəl işlər təqdim edəcəyəm. Gənclərlə çalışıram. Repertuarımı son günlər onların bəstələri bəzəyir. Bundan sonra bir neçə mahnı olacaq. Yay mövsümünə çıxanda tez-tez mahnı təqdim edirəm. Çünki sevənlərim özüm kimi 40 günlükdür. Biz 2 ay gözləyə bilmərik.


Trend söhbətlərini son günlər bilirəm. Trenddə bilirsiniz ki, başqa ifaçılar olur. İndi estrada janrının trenddə irəliləməsi gözəl irəliləyişdir. Ciddi musiqi ilə məşğul olanlar nə demək istədiyimi gözəl anlayır". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO