Jan-Klod Van Dammın oğlu azərbaycanlı xanımla evləndi - FOTO

Jan-Klod Van Dammın oğlu azərbaycanlı xanımla evləndi - FOTO

Hazırda oxunan: Jan-Klod Van Dammın oğlu azərbaycanlı xanımla evləndi - FOTO

25139

Məşhur Hollivud aktyoru Jan Klod Van Dammın oğlu azərbaycanlı xanımla ailə qurub.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məlumata görə, Kristofer Van Varenberq azərbaycanlı pianoçu, Prezident təqaüdçüsü Suada Hacızadə ilə evlənib. 

Aktyorun oğlu Van Kristopher Van Varenbergin nişan mərasimində çəkilən fotoları istifadəçilər tərəfindən paylaşılıb. Dost-tanışları cütlüyə xoşbəxtlik arzu ediblər.

Qeyd edək ki, Kristofer Van Damm 1987-ci ildə Los-Ancelesdə anadan olub. O, aktyor və prodüserdir.

Hollivud əfsanəsi Jan Klod Van Dammın özü isə bir neçə dəfə Azərbaycanda olub.

Hətta Qəbələnin Vəndam kəndində maraqlı şəkillər çəkdirərək pərəstişkarları ilə paylaşıb. Vəndam kəndini öz soyadı ilə asosasiya etdirib.

Bizim.Media






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO