"Səni sevirəm demək, elə sevməməkdir"

"Səni sevirəm demək, elə sevməməkdir"

Hazırda oxunan: "Səni sevirəm demək, elə sevməməkdir"

250232

"Mən həyatım boyu səni sevirəm sözünü deməyi sevməmişəm. Mən sevgini əməllərimlə göstəməyi sevirəm. Səni sevirəm demək, elə sevməməkdir".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Xəzər axşamı" verilişində deyib.

Sənətçi sevirəm deyib, yarı yolda qoyanların çox olduğunu bildirib:

"Bunu həqiqətən deyirəm. O qədər sevirəm deyənlər var ki, yarı yolda sevgini atıb qaçır. Əsl sevgi, sevirəm demək deyil. Mən xanımıma sevgimi əməllərimlə göstərirəm. Sevgi edəcəyin hörmətdir, xanıma yanaşmandır, qayğısına qalmaqdır.

Mən tez-tez xaricdə olan insanam, amma ailəmlə bir saniyə danışmasam, ürəyim partlayar. Tək həyat yoldaşımdan getmir söhbət, ailə üzvlərimə də o sevgini çatdırıram. Sevməsəm, heç sevgi mahnılarını oxuya bilərəm". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO