Tacirlə Pərvin arasında efirdə GƏRGİNLİK

Tacirlə Pərvin arasında efirdə GƏRGİNLİK

Hazırda oxunan: Tacirlə Pərvin arasında efirdə GƏRGİNLİK

249606

Müğənnilər Tacir Şahmalıoğlu ilə Pərvin Lətifov arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, buna səbəb Pərvinin “Toy məktəbi yoxdur” açıqlaması olub.
 

T. Şahmalıoğlu bu barədə “Gün ortası” verilişində danışıb: “Pərvin məndən kiçikdir. Ondan soruşdular ki, toy anlayışı haqda nə deyə bilərsən? O da dedi ki, “toy anlayışı yoxdur”. Necə yəni yoxdur? Bizim xanəndələrimiz toydan süzülüb gəliblər. Toy bir məktəbdir.


Pərvin ona cavab verə bilməz, onu elə adam cavablandırar ki, toya girəndə camaat sevinsin, anşlaq olsun. Toy məktəbi var, İbrahim Tatlıses, Bülent Ersoy, Sibel Can, Şakira, bunlar hamısı toya dəvət alırlar”.

Pərvin efirə canlı bağlantı ilə qoşularaq Tacirə bu cavabı verib: “Biz hamımız sənətə Tacir müəllimə qulaq asıb gələn insanlarıq. Bilmirəm, nə deyib, amma nə deyibsə, düz deyib. Mənə sual veriblər, toy məktəbi... Anlayış sözünü işlətməmişəm. Mən verilişlərin birində demişəm ki, biz 90 faiz ifaçılar Tacir müəllimin qoyduğu yolla gəlmişik. O ki qaldı toy anlayışı necə yoxdur? Bu, nə cümlədir? Mən demişəm ki, toy məktəbi yoxdur. Mən demişəm ki, toydan bəhrələnmək var. Mənim üçün yoxdur. Fikirlərinizə hörmət edirəm”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO