İradə İbrahimovadan paylaşım -

İradə İbrahimovadan paylaşım - "Sənin üçün burnumun ucu göynəyir "

Hazırda oxunan: İradə İbrahimovadan paylaşım - "Sənin üçün burnumun ucu göynəyir "

24960

"Bu həyat mənə heç kim sənin, mənim, onun həqiqətdə nə yaşadığını bilmədiyini öyrətdi. Payız, qış ayları mənim həm ən dəyərlilərimin dünyaya gəldikləri, dünyadan sonsuza qədər köçdükləri aylardır. Həyata necə baxmağımız çox vacibdir, çünki alan da, verən də birdir, təkdir, odur".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova İnstaqram səhifəsində yazıb.

O, toyunda mərhum atası Vəlihət bəylə çəkilən fotosunu paylaşaraq onun üçün darıxdığını qeyd edib:

"Şükür məsləhətinə. Kim nə istəyir desin, amma həyat yaşayaraq öyrənilir və bunu yaşayan bilir. Nə deyim, heç bilmirəm. Sənin üçün burnumun ucu göynəyir, ata! Həyatınızda çox dəyərli olduğunu hiss etdiyiniz hər kəsi qucaqlayın, qoxusunu çəkin içinizə, çünki varlığımız sonsuzadək deyil. Əbədi dünyaya köçən bütün ölmüşlərimizə Allah rəhmət eləsin! Allah sıralı ölüm versin".

Qeyd edək ki, İ.İbrahimova Ceyhun İzərlə ailə qurduqdan sonra Türkiyəyə köçüb. Cütlüyün iki övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO