Aynur onları TƏNQİD ETDİ: “Maşın almağınızın sənətə nə aidiyyətı var?” - VİDEO

Aynur onları TƏNQİD ETDİ: “Maşın almağınızın sənətə nə aidiyyətı var?” - VİDEO

Hazırda oxunan: Aynur onları TƏNQİD ETDİ: “Maşın almağınızın sənətə nə aidiyyətı var?” - VİDEO

249588

“Müğənni oldu-olmadı qadın və kişi özünə dəyər verməlidir ki, qarşısındakı dəyər verməyi bacarsın. Gündəm olmaq üçün sənət, mahnı bir tərəfdə qalıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Tarixin bir günü” verilişində müğənni Aynur Dadaşova deyib.
 

Aynur efirdə açıqlamalar verən bəzi həmkarlarını tənqid edib: “Kimsə kiməsə söz atır, kiminsə haqqında danışır. Əməkdar artistlər, Xalq artistləri var, onlara da efirdə o cür danışmağı yaraşdırmıram. Bir insan pisdirsə, onu necə yaxşı edə bilərsən.


Peşəsindən asılı olmayaraq hər kəs tamaşaçıya dəyər verməlidir. Mən tamaşaçıya qiymət verməsəm, onlar məni Aynur Dadaşova etməz. Mən bahalı maşın sürəndə onun bahalı olduğunu bilməmişəm. İndi hamının qazancı var, onu paylaşanlar zəif insanlardır.

Ağzında müğənni deyirsənsə, özünə inamın varsa, mahnını, performansını göstər, qəşəng mahnılar ifa et. Yoxsa deyir, “bu gün torpaq aldım, maşın aldım, ay camaat”. Bunun sənətə nə aidiyyətı var?”



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO