Cennifer məşq zamanı yaralandı - FOTO

Cennifer məşq zamanı yaralandı - FOTO

Hazırda oxunan: Cennifer məşq zamanı yaralandı - FOTO

249408

Müğənni və aktrisa Cennifer Lopez "2025 Amerika Musiqi Mükafatlarına" (AMA) hazırlıq zamanı məşq prosesində burnundan xəsarət alıb.

Bizim.Media xəbər verir ki, 55 yaşlı sənətçi bu barədə İnstaqram hesabında məlumat verib və burnundakı tikişləri əks etdirən selfi paylaşıb.

"Bu baş verdi..." - deyə Lopez buz torbası ilə çəkilmiş şəklinə şərh yazıb. O, burnundakı kəsiyin məşq zamanı baş verdiyini və müalicə üçün "Beverly Hills" plastik cərrahı Dr. Diamond-a müraciət etdiyini bildirib.

Qeyd edək ki, Cennifer Lopez mayın 26-da Las-Veqasdakı "BleauLive" Teatrında keçiriləcək Amerika Musiqi Mükafatlarına ikinci dəfə ev sahibliyi edəcək.

Mükafatlandırma mərasimində Ariana Grande, Taylor Swift, Billie Eilish, Post Malone, Kendrick Lamar və Sabrina Carpenter kimi məşhurlar namizəddir. (Milli.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO