Müğənni Aqşin Fateh efirdə həmkarı Vəfa Şərifovaya görə mübahisə edib.
Bizim.Media xəbər verir ki, “Rəngarəng”də müğənni Ziba Osmanlı Vəfanın şəxsi həyatı ilə bağlı fikir səsləndirib.
Aqşin buna əsəbiləşərək “Siz Vəfanı aşağıladınız. Efirə getmədi. Amma bu, insanı aşağılamaq deməkdir. Onun şəxsi həyatıdır, evinin içini danışa bilməzsən. Kimlərsə mövzu açıbsa, siz də danışmalısınız? Efir mədəniyyəti var”, - deyə, bildirib.
Ziba isə Aqşinə “Niyə aşağılayıram ki? Guya bilmirsən ki? Siz Allah yaxşı, hamı efirdə min dona girir. Kənarda bilmirsiniz ki, kim nədir? Özəl həyatdırsa, efirdə açılmasın. Sual verir danışıram. Hamı hər şeyi gözəl bilir”, - deyərək cavab verib.
Bizim.Media