Azərbaycan bu il də “Avroviziya”da finala vəsiqə qazana bilməyib.
Bizim.Media xəbər verir ki, ötən gecə Bazeldə baş tutan müsabiqədə ölkəmizi “Mamagama” qrupu təmsil edib.
“Run with u” mahnısı ilə səhnəyə çıxan qrupun xareoqrafiyası maraqla qarşılanıb.
İfaçılarımız böyük səhnəda sazla şou göstəriblər.
Nəticədə təmsilçimiz səsvermədə uduzub və yarımfinaldan finala keçid edə bilməyib.
Qeyd edək ki, ölkəmiz son üç ildir “Avroviziya” finalına vəsiqə qazana bilmir.
İlk finalçıları təqdim edirik:
1-Norveç
2-Albaniya
3-İsveç
4-İslandiya
5-Niderland
6-Polşa
7-San-Marino
8-Estoniya
9-Portuqaliya
10-Ukrayna
Sara, Bizim.Media