Ukraynada Marqarita Simonyana cinayət işi AÇILDI

Ukraynada Marqarita Simonyana cinayət işi AÇILDI

Hazırda oxunan: Ukraynada Marqarita Simonyana cinayət işi AÇILDI

248811

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı teleaparıcı Marqarita Simonyanı bu ölkənin ərazi bütövlüyünə qəsddə ittiham edib.

 

Sfera.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

 

Qeyd olunub ki, M.Simonyan barəsində cinayət işi açılıb. O, Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən, Ukraynanın ərazi bütövlüyünə qəsd, hərbi hərəkətlərin təbliğində ittiham olunur.

 

Bundan başqa, Ukrayna Təhlükəsizlik Xidməti M.Simonyanı soyqırımına çağırışlarda da şübhəli elan edib. Təşkilat M.Simonyanı ukraynalı uşaqların kütləvi qətlinə çağırışda, Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün təşviqat aparmaqda ittiham edib.

 

Qeyd edək ki, Ukrayna 2022-ci ilin mart ayında da M.Simonyanı oxşar maddələrlə ittiham etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO