“Məni Almaniyadan buraxmaq istəmirdilər” - VİDEO

“Məni Almaniyadan buraxmaq istəmirdilər” - VİDEO

Hazırda oxunan: “Məni Almaniyadan buraxmaq istəmirdilər” - VİDEO

247814

Əməkdar artist Mətanət İsgəndərli açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, “Afaqla onlar”da qonaq olan sənətçi ilk efirə çıxdığı dövrdən danışıb:
 

“Azərbaycan Televiziyasına ilk dəfə Eldar Mansurovun mahnıları ilə çıxmışam. O vaxt Eldar Mansurov baş redaktor idi. Tarixçəsi uzundur, amma o mahnıları oxuduqdan sonra Almaniyaya getdim, 4-5 ay orada qaldım. Məni Almaniyadan buraxmırdılar, dedilər ki, burada qal.


1994-cü ildən danışıram. Mən Mahnı və Rəqs Ansamblında solist kimi işləyirdim, hələ tanınmamışdım. Türkiyəyə qastrol səfərinə getmişdik. Sərhəd açılandan sonra ilk gedənlərdən olmuşam. Qrupla getmişdik, əməkdar artistlər, xalq artistləri idi, 35 nəfər idik. Məni orada görüb, Almaniyaya dəvət etdilər. Məni Türkiyədə də, Almaniyada da saxlayırdılar ki, getmə. Amma mən Vətənimi qoyub heç yerdə qala bilmərəm”. (olay.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO