Türkandan aparıcılara QADAĞA - VİDEO

Türkandan aparıcılara QADAĞA - VİDEO

Hazırda oxunan: Türkandan aparıcılara QADAĞA - VİDEO

247723

Müğənni Türkan Vəlizadə bəzi aparıcılara qadağa qoyub. 

Bizim.Media xəbər verir ki, bu barədə “Tarixin bir günü” verilişində danışan Türkan deyib ki, şəkillərindən istifadə olunmasına icazə vermir:

“Bütün aparıcılara hörmətim var. İnsan birinci özünə hörmət etməlidir, nə olsun ki, müğənnisən?Fikirləşirsən ki, özümə hörmət etməyim, kim nə gəldi sual versin, nəsə etsin, təki reklam olunum, xeyr, mən bunu istəmirəm. Amma bəzi aparıcılar, ya da redaktorlar məqsədli şəkildə belə edirlər. 
 

Bu yaxınlarda da bir neçə söhbət oldu, dedilər ki, niyə o verilişlərə getmirsən? Səni çox görmürük. Çünki mən gördüm ki, o aparıcılara hörmət edirəm, onblar mənə hörmətsizlik etmək istəyirlər. Ona görə də sevmirəm. Eyni verilişlərdə nə qədər eyni şəkillər olar. Bir neçə verilişdə şəklim oldu. 


Özüm zəng etdim, aparıcılardan da xahiş etdim ki, mənim şəkillərimdən istifadə etməyin. Buna ehtiyac yoxdur. Elə şəkillərlə istifadə olunmaq istəmirəm”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO