Xalq artisti Afaq Bəşirqızı məktəb illərindən danışıb.
Bizim.Media xəbər verir ki, aktrisa "Şən gənc" proqramında atası, SSR Xalq artisti Bəşir Səfəroğlunun vəfatını xatırlayaraq, bunları deyib:
"Sənə məktəb illərindən elə şeylərdən danışaram ki, tüklərin biz-biz durar. Çox dəcəl olmuşam. 1969-cu ilin martına qədər. Sonra daha yox...
Yorulmuşdum Lütfəli müəllimin ayaqqabılarını oynatmaqdan. Ayağında şiş var idi. Gələn kimi qəzeti salıb, ayağını ora qoyurdu, ayaqqabısını da çıxarırdı. Mən də ayaqqabını çəkirdim özümə tərəf, gedib asırdım birini o taydan, birini bu taydan. Məktəbə komissiya gələndə görürdü iki ədəd cırıq ayaqqabı asılıb. 1969-cu ildə atam öldü və dəcəlliyimə son qoyuldu". (Axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:40 / 03.05.2025
Afaq Bəşirqızı: "Atam öldü və dəcəlliyimə son qoyuldu" - VİDEO
Hazırda oxunan: Afaq Bəşirqızı: "Atam öldü və dəcəlliyimə son qoyuldu" - VİDEO
Hazırda oxunan: Afaq Bəşirqızı: "Atam öldü və dəcəlliyimə son qoyuldu" - VİDEO
247418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.