Şəbnəmdən Xalq artistinə: "Mən oxuyuram, yoxsa qışqırıram?"

Şəbnəmdən Xalq artistinə: "Mən oxuyuram, yoxsa qışqırıram?"

Hazırda oxunan: Şəbnəmdən Xalq artistinə: "Mən oxuyuram, yoxsa qışqırıram?"

247138

Müğənni Şəbnəm Tovuzlu Xalq artisti Zabit Nəbizadəyə qəribə sual ünvanlayıb.

Bizim.Media xəbər verir ki, "Rəngarəng" proqramında qonaq gələn sənətçi onunla birlikdə verilişdə oturan xanəndəyə öz səsini soruşub.
 

Şəbnəmin "Zabit müəllim, deyirlər, Şəbnəm çox zil oxumur, qışqırır. Mən qışqırıram" sualına Z.Nəbizadə "Tonallığınız zildir, qışqırmaq yoxdur" cavabını verib.


Şəbnəm "Bir məclisdə keçəndə ifaçı yanındakına dedi ki, qışqırır. Mən isə dönüb cavab verdim ki, olar, lya-dan seygah oxuyaq? Dura bilərsən? Cavab verdi ki, nə əlaqə? Dedim, onda Məhəbbət Kazımov, Səxavət Məmmədov da qışqırırdı? Bu gün "balaca səsimiz var" deyənlər, ətrafımızda dayana bilməz. Gənc yox, orta yaşlı sənət adamı idi. Utandım onun yerinə. Ona təklif etdim, durmadı. Çünki bacarmayacaqdı onu oxumağa. Bəzən pis oluruq, bilmirik niyə bizə qarşı belə edirlər" sözlərini əlavə edib. (axsam.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO