Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”

Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”

Hazırda oxunan: Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”

247063

“ATV kanalı ilə məhkəməmiz davam edir. Bundan sonra belə edəcəyəm. Mənim sənətimi təhqir edən hamını məhkəməyə verəcəyəm, qanun qarşısında cavab verəcəklər”.

Bizim.Media xəbər verir ki, bunu Əməkdar artist Elza Seyidcahan deyib.

Müğənni bildirib ki, tək kanalı yox, bir neçə sənət adamını da polisə şikayət edib: “Onları bağışlamaram. Onlar tək məni yox, mənə ad verənləri təhqir edirlər. Mənim şeirlərimi başa düşməyə bilərlər. Amma onu təhqir etmək olmaz.

Bir çox sənət adamını da polisə şikayət etmişəm. Onlar polis idarəsində məndən üzr istəyiblər, bağışlamışam. Amma bəzilərini bağışlamadım və məhkəmə prosesi gedir”.

Qeyd edək ki, E.Seyidcahan şeirinin kanalda verilişlərdən birində təhrif edildiyini deyərək onları, eyni zamanda meyxanaçı Vüqar Əbdülovu məhkəməyə verib. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO