Bu gün meyxanaçı Namiq Qaraçuxurlunun Rusiyada koronavirusa tutulduğu və xəstəxanaya yerləşdirildiyi barədə informasiya yaymışdıq.
Bizim.Media xəbər verir ki, bir neçə dəqiqə bundan öncə sənətçi özünün İnstagram səhifəsində haqqında yazılanlara münasibət bildirib:
“Əzizlərim rahatsız olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm”.
Meyxanaçı xəstəliyi çox yüngül keçirdiyini, saytların bildirdiyi kimi xəstəxanada olmadığını və tezliklə sağalıb vətənə geri dönəcəyini deyib.
Bizim.Media