Xatirə həmin müğənniləri söhbətə ÇAĞIRACAQ

Xatirə həmin müğənniləri söhbətə ÇAĞIRACAQ

Hazırda oxunan: Xatirə həmin müğənniləri söhbətə ÇAĞIRACAQ

246524

"Özümü hamıdan ağıllı göstərmək istəmirəım. Hamının şəxsi həyatı, dostları, efirdə açıqlamadığı həyatı var. Eləcə də mənim. Bu o demək deyil ki, hamısını çıxıb danışım. Bəzi şeyləri reytinq şəklində danışmaq olar. Amma bunu çılpaq formada olmaz".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Elgizlə izlə" verilişində danışıb.

Sənətçi şəxsi həyatını efirdə nümayiş etdirən ifaçılara səslənib:
 

"Düşündüm ki, bir-iki müğənni ilə telefon bağlantısı edim, danışım bir bacı kimi. Onlarla yaxşı mənada görüşüb başa salmaq istəyirdim ki, niyə bunu danışırsan? Gözəl səsin var, bu mahnını oxu. Bu mövzular nədir? Mən niyə kiməsə, tamaşaçıya şəxsi həyatımla bağlı hesabat verim. Efirdə çox şey ola bilər, montaj edib göstərməsə, xalq alışmayacaq. Onları istədiyimdən danlamaq istəyirəm. 


Camaatın boynuna qoyursunuz ki, maraqlıdır, buna qulaq asırlar. Camaat bayağı mahnıya qulaq asmır, onların danışıqlarını dinləyir. vaxtında biz də nələrsə etmişik: evimizi, maşınımızı göstəririk".  (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO