Tarkan səhnədə hönkür-hönkür ağladı - VİDEO

Tarkan səhnədə hönkür-hönkür ağladı - VİDEO

Hazırda oxunan: Tarkan səhnədə hönkür-hönkür ağladı - VİDEO

246312

Anasının vəfatından sonra Avropa turuna davam edən meqastar Tarkan dünən axşam Almaniyanın Ştutqart şəhərində pərəstişkarları ilə görüşüb.

Bizim.Media xəbər verir ki, sənətçi konsertinə mərhum anası Neşe Tevetoğlunun ən sevdiyi mahnı ilə başlayıb və duyğulu anlar yaşayıb.

Tarkan "Uzun İnce Bir Yoldayım" mahnısını ifa edib, səhnədə göz yaşlarına boğulub. Tamaşaçılar isə alqışları ilə ona dəstək olublar.
 

Xatırladaq ki, Türkiyənin məşhur sənətçisi Tarkanın anası Neşe Tevetoğlu aprelin 16-da 68 yaşında müalicə aldığı xəstəxanada ürəktutmasından vəfat edib. Avropa turu çərçivəsində Almaniyada olan Tarkan acı xəbəri alar-almaz dərhal İstanbula qayıdıb.


Neşe Tevetoğlu İstanbulda dəfn olunub.

Həmin anları təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO