Bir neçə gün əvvəl “Space TV”nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd olunması ilə bağlı kanala xəbərdarlıq edilib.
Bizim.Media xəbər verir ki, bunu “Modern.az”a Audiovizual Şuranın Kommunikasiya Sektorunun müdiri Taleh Quliyev bildirib.
O qeyd edib ki, sözügedən məsələ ilə bağlı Şuranın aidiyyatı struktur bölmələri tərəfindən araşdırma aparılıb və araşdırmanın nəticələrinə uyğun olaraq qanunvercilik çərçivəsində kanala rəsmi məktubla xəbərdarlıq edilib.
“Həmçinin, televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri – sanksiya tətbiq ediləcək”, - Taleh Quliyev vurğulayıb.
Qeyd edək ki, televiziya kanalında ağır cinayətə görə həbs edilən meyxanaçının ad gününün qeyd edilməsi sosial mediada birmənalı qarşılanmayıb. Həmin veriliş Tarix Əliyevin aparıcılığı ilə baş tutub.
Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
00:50 / 25.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə XƏBƏRDARLIQ EDİLDİ
Hazırda oxunan: Rəşad Dağlıya görə “Space TV”yə XƏBƏRDARLIQ EDİLDİ
Hazırda oxunan: Rəşad Dağlıya görə “Space TV”yə XƏBƏRDARLIQ EDİLDİ
245970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.