Akademik Musiqili Teatrında qalmaqal yaşandığı iddia olunur.
Bizim.Media "qaynarinfo.az"a istinadən xəbər verir ki, olay mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib.
Hadisə Xalq artsiti Afaq Bəşirqızı ilə teatrın aktrisası, müğənni Almaz Ələsgərova arasında yaşanıb. Buna səbəb isə Almaz Ələsgərovanın saqqız çeynəməsi olub.
Afaq Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan "bu qələti edən kimdir?" deyə iştirakçılara səslənib. Bu zaman Almaz Ələsgərova "qələti sən özün edirsən" cavabını verib.
Qeyd edilir ki, bundan sonra Afaq Bəşirqızı ilə Almaz Ələsgərova arasında gərginlik yaşanıb.
Qalmaqal yalnız nazir Adil Kərimlinin teatra girişindən sonra səngiyib.
Məsələ ilə bağlı Afaq Bəşirqızı açıqlamasında bunları deyib: "Onu deyən qələt edir. Almaz hara, mən hara?!"
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:51 / 22.04.2025
Musiqili Teatrda "saqqız davası": Xalq artisti ilə müğənni dalaşıb?
Hazırda oxunan: Musiqili Teatrda "saqqız davası": Xalq artisti ilə müğənni dalaşıb?
Hazırda oxunan: Musiqili Teatrda "saqqız davası": Xalq artisti ilə müğənni dalaşıb?
245501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.