“Pişik Günel”: Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib

“Pişik Günel”: Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib

Hazırda oxunan: “Pişik Günel”: Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib

245179

Müğənni Günel Ələkbərova (Pişik Günel) şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, bu barədə “2 üz” verilişində danışıb.

Günel deyib ki, övladı rəsmi nikahsız dünayay gəlib:

“Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib. On iki ildir ki, qızımın atası ilə münasibətimiz var. Qızımın da artıq 10 yaşı var. Mənim üçün əsas odur ki, o, qızımın yanındadır. Əsas odur qızıma ata sevgisi göstərir. Mən hər zaman demişəm ki, atası qızımın yanında olduğu müddətdə başımın tacıdır.

Övladım halallıqla dünyaya gəlib. Qadın uşaq dünyaya gətirər də… Kişi deyiləm ki, uşaq dünyaya gətirim hamı təəccüblənsin. Rəsmi nikahı olanlar var ki, ərini evdı tapa bilmir. Təbii ki, mən də istəyərdim, hər bir qadının arzusudur ki, gəlin köçsün”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO