“Gecələr yatmıram” – Məhkəməsi yenicə bitmiş Xalq artisti

“Gecələr yatmıram” – Məhkəməsi yenicə bitmiş Xalq artisti

Hazırda oxunan: “Gecələr yatmıram” – Məhkəməsi yenicə bitmiş Xalq artisti

244984

"Artıq shər şeyi unutmuşam. Həyatımın ən xoşbəxt günlərini yaşayıram. Öz fəaliyyətimə davam edirəm. Bu gün də toydayam, sabah da. 50 ildə bir dəfə başıma hadisə gəldi. Bu da Allahın bir imtahanı idi".

Bizim.Media kult.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Ağadadaş Ağayev deyib.

O, "Medera Hospital"da baş verən insidentlə bağlı məhkəmə hökmündən sonrakı fəaliyyəti barədə bildirib:

"Bu günlərdə bir neçə əsər yazıb, hazırlamışam və onları xalqıma təqdim edəcəyəm. Ordumuzun bütün zabitlərini tərənnüm edən bir mahnı hazırlamışam - "Mənim zabitim". Sözləri Zahir Abbasa, musiqisi isə mənə məxsusdur. Yaxın zamanda bu əsəri ifa edəcəyəm".

A.Ağayev bildirib ki, yaradıcılıq ona yaşamaq üçün motivasiya verir:

"Gecələri demək olar ki, yatmıram, yazıram - xoşuma gəlir. Ruhum bu dəqiqə yazıb-pozmağı tələb edir. Çünki mənim millətimə, dövlətimə borcum var. Onları yerinə yetirmədən yaşaya bilmirəm. Bu da məni səbirsizləndirir və bir an öncə əsərlərimi cəmiyyətə çatdırmaq istəyirəm".

Qeyd edək ki, Ağadadaş Ağayev Binəqədi rayonunda yerləşən "Medera Hospital"dakı insidentə görə uzun müddət müzakirə obyekti oldu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO