“Adi insanlar kimi işləyib, metrodan istifadə edirəm” - Rəqsanənin qızı - FOTO

“Adi insanlar kimi işləyib, metrodan istifadə edirəm” - Rəqsanənin qızı - FOTO

Hazırda oxunan: “Adi insanlar kimi işləyib, metrodan istifadə edirəm” - Rəqsanənin qızı - FOTO

244941

Müğənni Rəqsanə İsmayılovanın kiçik qızı Yağmur onu təkəbbürlü adlandıranlara cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib.

Yağmur deyib ki, valideynlərindən asılı olmamağa çalışır: “Mən necə təkəbbürlü olduğum haqda bir şərh oxudum. Həyatım haqqında heç bir fikriniz yoxdur. Adi insanlar kimi işləyirəm və kollecdə oxuyuram. Metro və avtobusdan istifadə edirəm və bunda utanacaq bir şey yoxdur.

Bu, maddiyyatımın olmaması deyil. Mən müstəqil insan olmaq və valideynlərimdən asılı olmamaq istəyirəm. İnanıram ki, anladınız və artıq mənə qarşı “özünü yuxardan aparır” kimi rəylər yazmazsınız. Özünü yuxardan aparan insan sizinlə səmimi olub bunları bölüşməz”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO