Toyunda blogerin üstünə 5 kiloqram qızıl taxdılar – FOTO/VİDEO

Toyunda blogerin üstünə 5 kiloqram qızıl taxdılar – FOTO/VİDEO

Hazırda oxunan: Toyunda blogerin üstünə 5 kiloqram qızıl taxdılar – FOTO/VİDEO

244875

Türkiyədə sosial media fenomeni, müğənni və aktrisa kimi tanınan Aleyna Dalverenin dəbdəbəli toyu müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, Tükiyənin tanınmış simalarının və məşhurların iştirak etdiyi toyda Dalverenə 5 kiloqram qızıl hədiyyə edilib və bu dəbdəbəli hədiyyə sosial şəbəkədə böyük səs-küyə səbəb olub. 

Qonaqlar yeni evlənənlərə hədiyyə vermək üçün uzun növbə yaradıblar.

Xüsusən də blogerin taxdığı qızıllar əks-səda doğurub. Aleyna Dalverenin taxdığı qızılın çəkisi düz 5 kiloqram, qiyməti isə təxminən 20 milyon TL olub.
 

O hətta zinət əşyalarının ağırlığından yeriməkdə çətinlik çəkdiyi anları da sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.


Qeyd edək ki, Aleyna bir neçə ay əvvəl Dubayda sevgili olduğu iş adamı Fatih Ərdəmlə nikah masasına oturub. Cütlüyün bir gün əvvəl İstanbulda toyu olub.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO