"Enerjimə yaşıdlarım çata bilmir, gənc oğlanları bəyənirəm"

"Enerjimə yaşıdlarım çata bilmir, gənc oğlanları bəyənirəm"

Hazırda oxunan: "Enerjimə yaşıdlarım çata bilmir, gənc oğlanları bəyənirəm"

244436

Məşhur pop ifaçısı İrem Derici ötən gün konsert verib.

Bizim.Media xəbər verir ki, müğənni konsertdə həm şəxsi həyatı ilə bağlı dedikləri, həm də maraqlı xatirələri ilə müzakirə mövzusu olub.

Hazırda DJ Melih Kunukcu ilə münasibət yaşayan Derici aralarındakı 12 yaş fərqi ilə bağlı gələn tənqidlərə cavab olaraq "1987-ci ildə doğulmuşam, Melih 1999-dur. Mənim enerjimə yaşıdlarım çatmır. Gənc oğlanları bəyənirəm," deyə bildirib.

Səhnədə izləyicilərini güldürən Derici illər əvvəl Çeşmədə başına gələn bir hadisəni də bölüşüb. "Çeşmədəyəm, təkəm, bir az dəcəllik edim deyirəm. Bir qrup gənc gəlir, içlərindən biri məni süzür. Tam Yunan tanrısı kimi biridir. Dedim, indi nömrə istəyəcək. O da nə desə yaxşıdır: "İrem bacı, mən sənin mahnılarınla böyüdüm". Libido sıfır, hotele qayıtdım, kefim pozuldu" deyərək zarafatyana danışan Derici konsertə yumor qatıb.

Gecənin sonunda məşhur mahnılarından birini sevgilisi DJ Melih Kunukcuya ithaf edən İrem Derici "O mənə sevgini yenidən xatırlatdı," sözləri ilə xoşbəxtliyini bir daha ifadə edib. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO