"Söz vermişəm, onları efirə çağırmayacağam"

"Söz vermişəm, onları efirə çağırmayacağam"

Hazırda oxunan: "Söz vermişəm, onları efirə çağırmayacağam"

244348

Aparıcı Tarix Əliyev (Tolik) efir mədəniyyəti olmayan müğənnilləri verilişinə dəvət etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə o, "Tarixin bir günü" verilişində bildirib. O, həmkarını da bu addımı atmağa səsləyib:
 

"Bu yaxınlarda həmkarım Zaur Nəbioğlu ilə danışdıq və belə qərara gəldik ki, efir mədəniyyəti olmayan, konsert salonlarını restoran kimi tanıyan və böyük-kiçik yeri bilməyən müğənniləri efirə çağırmayacağam. Bunu özümə söz vermişəm. Zaur da dedi ki, mən də çağırmayacağam. Bu gün görürəm ki, aparıcı Elgiz Əkbər də onları "boykot" etməyə səsləyib. Biz "boykot" etməyəcəyik. Televiziya tamaşaçılar üçün fəaliyyət göstərir. Biz nə versək, insanlar ona baxacaqlar. Anam evdə nə verirsə, onu yeyirəm.


Restoranda olanda fərqli yeməklər sifariş edirəm. Bir-iki ay bunları verməsək, onlar heç kimin yadına düşməyəcək və televiziyalar buna öyrəşəcək.

Biz bununla reytinq yox, zövqlü tamaşaçı meyarını gətirəcəyik. Bu müğənnilər qoy bilsinlər ki, efir Tiktok deyil. Özünə hörmət edən aparıcılar birləşərək bu işi görməlidirlər. Qoy getsinlər tiktok-da trend olsunlar. Bura gəlməyin, bizdən uzaq, Allaha yaxın". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO