"Gör, efiri kimlər idarə edir"

"Gör, efiri kimlər idarə edir"

Hazırda oxunan: "Gör, efiri kimlər idarə edir"

243944

"Son günlər musiqimiz yaman gündədir. Bu, yaralı yerimdir. Efirdən kənar düşdüm. Musiqidən bixəbər, duyğusuz insanlar onu elə bir yerə gətirib çıxartdılar ki..."

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Qonaqcanlı" verilişində deyib.

Sənətçi bayağı mahnıların efirdə reklam edilməsini tənqid edib:

"Elə musiqilərə qulaq asırlar ki, deyirəm, siz nə edirsiniz? Bizi küsdürürsünüz. Meydan boş qala bilər. Amma ondan daha yaxşısı efirə çağırılmalıdır. Bu efir heyifdir. Efirə elə müğənnilər, sənətkarlar həsrət qalıb ki... Uzun müddət gözləyiblər ki, çıxa bilsinlər. İndi isə nə qədər əlçatan olub.

Efir necə ucuz yerə gəlib ki, indi gör, onu kimlər idarə edir, nələr edirlər. Rəhbərlikdən çox şey asılıldır. Xahiş edirəm, efirdə musiqini yaman günə qoymayaq. Ayıbdır. Bir az həssas, diqqətli yanaşaq. Biz buna görə doğru-düzgün yaxınlarımızı görmədik, balalarımızın üzünə həsrət qaldıq. Söhbət sənətkarlardan gedir". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO