“Yemək yemirəm, 24 saat yalnız su içirəm” - Talıb Tale

“Yemək yemirəm, 24 saat yalnız su içirəm” - Talıb Tale

Hazırda oxunan: “Yemək yemirəm, 24 saat yalnız su içirəm” - Talıb Tale

243863

“Hər zaman idman edirdim. Amma bəzi məqamlar var ki, onları özüm üçün yeni kəşf etmişəm. Onları edəndə isə daha effektiv olur”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Talıb Tale qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

2 il ərzində 7 kiloqram çəki atdığını söyləyən sənətçi həftədə bir dəfə qida qəbul etmədiyini açıqlayıb:
 

“Həftənin bir günü 24 saat yalnız su içirəm, yemək yemirəm. Artıq buna öyrəşmişəm. Bu isə çox gözəl effekt verir. Yəni tək idmanla arıqlamaq olmur, həm də bunu edirəm. Yeməkdə də müəyyən məsələlər var.


Misal üçün çox yemək yeməmək müəyyən qidaları rasiondan çıxartmaq. Nadir hallarda çörək yeyirəm. 2022-ci ildən bəri 6-7 kiloqram çəki atmışam. Bununla da yanaşı davamlı hərəkətdə olmalısan. Bəzi insanlar məni görüb deyirlər ki, nə pis arıqlamısan”. //olay.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO