“10 yaşımdan pul qazanmağa məcbur oldum” - VİDEO

“10 yaşımdan pul qazanmağa məcbur oldum” - VİDEO

Hazırda oxunan: “10 yaşımdan pul qazanmağa məcbur oldum” - VİDEO

243853

Xanəndə Mirələm Mirələmov uşaqlıq illərinə qayıdaraq həyat hekayəsindən söz açıb.

Bizim.Media xəbər verir ki, bu haqda 36 yaşlı sənətçi qonaq olduğu “Gün ortası” verilişində danışıb.

M.Mirələmov bildirib ki, ailəsinə maddi dəstək olmaq üçün 10 yaşından çalışmaq məcburiyyətində qalıb:
 

“Uşaqlıq yaşlarından işləməyə başladım. Beləcə evə maddi dəstək edirdim. 10-12 yaşım vardı. Bu yaşıma rəğmən çəkdiyim o yükü başa düşürdüm. Mənim üçün xoş olub. Əsas valideynlərimə az da olsa öz gücümlə maddi köməklik etmişəm. O zamanlar mən oxumurdum.


Oxumağın nə olduğunu tam dərk etmirdim. Musiqili məktəbə gedirdim və onunla bərabər o işləri görürdüm. O zaman bunları dərk edib-etmədiyimi bilmirdim. Ruhən və cismən bu işi görmək məcburiyyətində idim. Artıq 11 yaşımda düşüncə olaraq böyüdüm”.//Olay.az


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO