Sevgilisindən ayrılan Hadisə: “Bu qərar mənə rahatlıq gətirdi” – FOTO

Sevgilisindən ayrılan Hadisə: “Bu qərar mənə rahatlıq gətirdi” – FOTO

Hazırda oxunan: Sevgilisindən ayrılan Hadisə: “Bu qərar mənə rahatlıq gətirdi” – FOTO

243747

Türkiyənin məşhur pop ulduzu Hadisə rejissor Şenol Sönməz ilə altı ay davam edən münasibətinə son qoyub.

Bizim.Media xəbər verir ki, ilk dəfə "Esas Oğlan" serialının çəkilişləri zamanı tanış olan cütlük, münasibətlərini gizli saxlayırdı. Lakin son günlərdə Sönməz Hadisə ilə olan bütün fotolarını sosial media hesabından silib və onu izləmədən çıxarıb. Bu hərəkət, ayrılıq şayiələrini gücləndirib.

Avropa səfəri çərçivəsində Londonda konsert verən Hadisə səhnədə dinləyicilərinə səmimi bir açıqlama verib:

"Bu gün bir qərar verdim, özümü və xoşbəxtliyimi seçdim. Bu, asan deyil, amma bunu etməliyik. Bu qərar mənə rahatlıq gətirdi və bunu sizinlə bölüşmək istədim. Bəlkə sizə də ilham olar."

Bu açıqlamadan sonra Hadisə "Sıfır Tolerans" mahnısını ifa edərək emosional anlar yaşadıb.

Hadisənin səhnədəki açıqlamasından sonra Şenol Sönməz, onu yenidən sosial media hesabında izləməyə başlayıb və "Esas Oğlan" serialının afişasını paylaşaraq münasibətləri ilə bağlı qarışıq siqnallar göndərib. (lent.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO