Ədalət Şükürov bu yolla arıqlayıb

Ədalət Şükürov bu yolla arıqlayıb

Hazırda oxunan: Ədalət Şükürov bu yolla arıqlayıb

243540

Əməkdar artist Ədalət Şükürov arıqlamasının sirrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi idmanla məşğul olduğunu və gündə 5 dəfə qidalandığını bildirib:

"Gündə mütləq 5 dəfə yemək lazımdır, yəməsəniz, arıqlamayacaqsınız. Əks halda insan müxtəlif xəstəliklərə yoluxa bilər.
 

Hər gün 5 dəfə qidalanıram. Çox kiçik ölçüdə çörək də yeyirəm. Ümumiyyətlə hər şey yemək olar, amma onun miqdarı var. Şirniyat, kompot, təbii şirə və meyvə istifadə etmirəm. Məsələn, almanın kiçik bir hissəsini yemək olar. Mütləq göyərti və tərəvəzdən istifadə etmək lazımdır. Ən böyük təhrikçi isə çaydır.


Çünki çayın yanında mütləq nəsə olmalıdır. Meyvə qurusundan adam arıqlamır, amma sağlam qidadır. İndi bir çox qidalar da sünidir. Adam özü bilmir nə yesin, nə etsin. Amma bacardığımız qədər sağlam qidalara üstünlük verməliyik". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO