"Küsülü idik, üstümüzə təcili yardım gəlirdi"

"Küsülü idik, üstümüzə təcili yardım gəlirdi"

Hazırda oxunan: "Küsülü idik, üstümüzə təcili yardım gəlirdi"

243273

Əməkdar artist Mətanət İsgəndərli illər əvvəl şair-bəstəkar Xanım İsmayılqızı ilə aralarındakı küsülülükdən danışıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı"na müsahibəsində söhbət açıb:

"Bir mahnı var, "Unut məni". Onu mərhum Xalq artisti İlhamə Quliyeva oxuyub. Axı hər bir dostun arasında inciklik olur.
 

Mən Xanım İsmayılqızı ilə elə bir dost olmuşam ki. Hər gün səhər bir-birimizə zəng edərdik. Evdən çıxmamış onun səsini eşidib sonra işlərimin dalınca gedərdim. O da həmçinin. Bu belə davam edirdi. Bir dəfə aramızda dəydi. Şeytan axı yaxşı dostların arasına girir.


İnanın ki, bir halda idim. Mənim üstümə təcili yardım gəlirdi, onun üstünə təcili yardım gedirdi. Bir-birimizdən xəbərsiz. O, "Unut məni" mahnısını sonra eşitdim ki, İlhamə Quliyevaya verib. Sonradan soruşdum ki, deyəsən bu mahnını mənim üçün yazmışdın. O da "hə" cavabını verdi". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO