Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Bizim.Media xəbər verir ki, proqramın budəfəki qonağı müğənni Damla olub. Allahı tanımaqla bağlı fikrini bildirən sənətçi onu təmənnasız sevdiyini söyləyib:
"Hərdən düşünürəm, nə olsun ki, arxamda çox güvənəcəyim dağ kimi adam yoxdur, Allah var, bəsdir. Hər şeydə ona arxayın oluram. Kimi Allahı qorxusundan, kimi işi düşdüyü üçün, kimi də təkliyinə görə, yaxud var-dövlətini itirməmək üçün tanıyır. Amma mənim onunla olan bağımda heç bir təmənna yoxdur".
Müğənni zəhmətlə zirvəyə qalxan insanları keçmişdə məşğul olduğu işlərə görə qınayanlardan da gileylənib:
"Vaxtilə hansısa şirkətdə çalışan, satıcı olan, yaxud xadimə kimi işləyən insan illər sonra zəhmətlə, zülmlə tanınıb sevilirsə, onu keçmişi ilə vurmağın adı nədir?! Xaricdə belə adamlara qəhrəman kimi baxırlar. Deyirlər ki, öz həyatını haradan-haraya dəyişib. Bizdə isə həmin insanlar haqqında "kim olmusan ki?" deyirlər".
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
08:44 / 08.04.2025
Damla: "Arxamda çox güvənəcəyim dağ kimi adam yoxdur” – VİDEO
Hazırda oxunan: Damla: "Arxamda çox güvənəcəyim dağ kimi adam yoxdur” – VİDEO
Hazırda oxunan: Damla: "Arxamda çox güvənəcəyim dağ kimi adam yoxdur” – VİDEO
242940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.