Bakılı ərindən boşanan Alsu: “Tanış olanda…” - FOTO

Bakılı ərindən boşanan Alsu: “Tanış olanda…” - FOTO

Hazırda oxunan: Bakılı ərindən boşanan Alsu: “Tanış olanda…” - FOTO

242821

Müğənni Alsu 18 illik evliliyindən sonra boşandığı keçmiş əri, əslən Bakıdan olan Yan Abramovla münasibətlərinin necə başladığını danışıb.

Bizim.Media xəbər verir ki, 41 yaşlı sənətçi "Tema" şousu zamanı bununla bağlı sualları cavablandırıb:
 

"20 il əvvəl, yeni tanış olanda hər şey filmlərdəki kimi çox gözəl idi. Yəni, bilmirəm, minlərlə çiçək, inanılmaz sürprizlər, atəşfəşanlıq, hədiyyələr. Belə böyük jestlər. Özümü həqiqətən də nağıldakı kimi hiss etdim. Bütün bunlar, əlbəttə ki, gözəldir, amma daha önəmlisi bundan sonra nə olacağıdır".


Qeyd edək ki, Alsu və Yan Abramov ötən ilin mayında ayrılıb və avqustda rəsmi boşanıblar. 

Onların üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mikella və səkkiz yaşlı Rafael. Ayrılığa səbəb Abramovun xəyanəti, o cümlədən Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə münasibəti olub. Onlar 30 milyard rubl dəyərində əmlakı bölməlidirlər. (axsam.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO