“Reytinq vermiriksə, bizi verilişlərinizə çağırmayın” - VİDEO

“Reytinq vermiriksə, bizi verilişlərinizə çağırmayın” - VİDEO

Hazırda oxunan: “Reytinq vermiriksə, bizi verilişlərinizə çağırmayın” - VİDEO

242584

“Mən Akademik Opera və Balet Teatrının solistiyəm. “Leyli və Məcnun” tamaşaları olur. Gəlib baxsınlar həmin tamaşaya gələn tamaşaçıların səviyyəsinə, sonra isə getsinlər baxsınlar öz verilişlərin səviyyəsinə. Nəyi nə ilə müqayisə edirlər?”

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elnur Zeynalov qonaq olduğu “İncə səhər” verilişində deyib.

Sənətçi bildirib ki, əgər reytinq vermirsə, onu verilişlərə dəvət etməsinlər:

“Ciddi və klassik musiqinin tamaşaçıları az olur. O musiqini başa düşmək üçün o qədər savadlı, elit və düşüncəli insan olmalısan ki... Çox təəssüf ki, belə insanların sayı az olduğu üçün ola bilər ki, biz hansısa verilişə çıxanda reytinq aşağı olsun. Əgər reytinq vermiriksə, biz muğam ifaçılarını verilişlərinizə çağırmayın. Niyə ciddi və dövlət əhəmiyyətli tədbirlər olanda muğam ifaçılarını axtarırsınız? Niyə hansısa özəl tədbirlərdə muğam ifaçılarını axtarırsınız?

Çağırmayın! Efir vasitəsi ilə səslənib deyirəm ki, əgər reytinq vermirəmsə, öz verilişlərinizə məni çağırmayın”. (Olay.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO