Müğənni Ofelya Şabanova açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan Ofelya geyimlərdən danışıb.
O, ad çəkmədən bəzi xanım aparıcılara səslənib:
“Məndən açıq-saçıq geyinməyimi gözləməsinlər. Bəzi məni bəyənməyəm qadın aparıcılar, gözləməyin ki, Ofelya açıq-saçıq geyinib gələcək. Ofelya şərəfini səhnəyə satmaz.
Mən buyam, başqa cür ola bilmərəm, iki oğul anasıyam, müsəlman, Azərbaycan qadınıyam, hörmətli bir oğlanın xanımıyam, qardaşım var, qazi bacısıyam, mənə başqa cür yaraşmaz.
Bəyənsəniz də budur, bəyənməsəniz də”.
Sara, Bizim.Media