Kanal S-dən açıqlama: “Nigar Fərhadla bağlı tədbir görüləcək”

Kanal S-dən açıqlama: “Nigar Fərhadla bağlı tədbir görüləcək”

Hazırda oxunan: Kanal S-dən açıqlama: “Nigar Fərhadla bağlı tədbir görüləcək”

241728

Kanal S-in efirində aparıcı Nigar Fərhadın “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb. 

Bizim.Media xəbər verir ki, aparıcının fikri sosial şəbəkələrdə sərt tənqid olunub. 

Onun fikrinə ictimai xadimlər, şəhid ailələri, cəmiyyətdə önəmli mövqeyə malik insanlar fikir bildiriblər.

Məsələ ilə bağlı Manşet.az-a danışan Kanal S-in Baş direktor müavini Ramin Mustafayev deyib ki, irəliləyən dəqiqələrdə Nigar Fərhad haqqında tədbir görüləcək:
 

"Bu barədə kanalımızın baş direktorunun da məlumatı var. Bəli, bununla bağlı tədbir görüləcək. Hələki qərarı gözləyirik".


Qeyd edək ki, Nigar Fərhad zaman-zaman qalmaqallı açıqlamaları ilə gündəmə gəlib və sərt tənqid olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO